Bakıda hərbi sahədə Azərbaycan-Belarus əməkdaşlığı müzakiə edilib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov MDB üzv ölkələrinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Belarus Respublikasının müdafiə naziri general-leytenant Andrey Ravkovla görüşüb.
YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, general-polkovnik Z.Həsənov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edərək, hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb. Azərbaycanın Belarusun müdafiə sənayesi şirkətləri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən müdafiə naziri hazırda hərbi-texniki sahədə əməkdaşlığın da uğurla inkişaf etdiyini və genişləndiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan ilə Belarus beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərir və bütün məsələlərdə qarşılıqlı dəstək verirlər.
Müdafiə naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərinə görə Belarus rəhbərliyinə və xalqına minnətdarlığını bildirib.
General-polkovnik Z.Həsənov Belarusun ölkəmizdə yeni hərbi attaşesi polkovnik Andrey Kaptiloviçi bu vəzifəyə təyin olunması münasibətilə təbrik edərək onun fəaliyyətinin ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan dostluq münasibətlərinin inkişafına yönələcəyinə əminliyini ifadə edib.
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın və hər iki ölkənin müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd ediblər.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi sahədə mövcud əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətraflı təhlil edilib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Görüşün sonunda Azərbaycan Respublikası və Belarus Respublikası müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Plan ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələləri nəzərdə tutur.
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər
Sabah Bakıda qısamüddətli yağış yağacaq,28° isti olacaq
İlham Əliyev Rusiyaya işgüzar səfər edib
Cüdoçularımız Avropa Kubokunda 6 medal qazanıblar
Ermənistan-İran yolu bağlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Hava hücumundan müdafiə bölmələrimizin təlimi keçirilib
Bakıda Azərbaycan-Çin münasibətlərinə həsr olunan konfrans keçirilir
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
Bakıda QDİƏT-in turizm üzrə toplantısı keçirilir