logo

Çində 5,7 bal gücündə zəlzələ olub

23:17 27-10-2019 | icon 2520
Çində 5,7 bal gücündə zəlzələ olub

Çinin Qansu vilayətində 5,7 bal gücündə zəlzələ olub.

 YeniAvropa xəbər verir  ki, bu barədə Çinin Seysmologiya Mərkəzi məlumat yayıb. Bildirilib ki,  yeraltı təkanlar vilayətin Qannan Tibet muxtar prefekturasının Siaxı qəzası ərazisində yeli vaxtla gecə saat 01:56-da (Bakı vaxtı ilə 21:56-da) qeydə alınıb. Zəlzələ ocağı yer səthində bir kilometr dərinlikdə olub. Yeraltı təkanlar qonşu Linsia Huy muxtar prefekturasında və Dinsi şəhərində də hiss olunub.

Hələlik dağıntı və insan tələfatı barədə məlumat yoxdu