25-ci yubiley “Bakutel-2019” sərgisi yeni formatda təqdim ediləcək
Dekabrın 3-dən 6-dək Bakı Expo Mərkəzdə 25-ci yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar “Bakutel-2019” sərgisi keçiriləcək.
YeniAvropa “Caspian Evebt Organisers” şirkətinə istinadla xəbər verir ki, bu il sərgi yeni brend və formatda təqdim ediləcək. Builki sərginin xüsusiyyəti əsas diqqətin texnologiyaların özünə deyil, qabaqcıl texnologiyaların köməyi ilə səhiyyə, inşaat, neft-qaz sənayesi və təhsil kimi sahələrdə real tapşırıqların həllinə yönəldilməsidir. Sərgi xüsusilə ixtisaslaşmış seminarlar, yeni məhsulların təqdimatı və “B2B” formatlı görüşlərin daxil olduğu maraqlı işgüzar proqramla da mütəxəssislərin diqqətini cəlb edəcək. Sərgi ilə yanaşı, ardıcıl olaraq ikinci il “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək. Dolğun məzmun, yüksək səviyyəli məruzəçilər və qızğın müzakirələr rəqəmsal texnologiyalar aləminə dalmaq, bununla da sərginin iştirakçı və ziyarətçilərinə gələcəyə nəzər salmaq və sektorun ən vacib təmayüllərini izləmək kimi unikal fürsət verəcək. “bakutel Tech Talks” platforması 3 müzakirə sessiyasından ibarət olacaq. Artıq ənənəvi olaraq “Bizimkilər” sessiyasında xaricdəki tanınmış İT şirkətlərində çalışan həmvətənlərimiz çıxış edəcək. İkinci “Women Tech Talks” sessiyasında İT sahəsində uğurlara imza atan qadınlar iştirak edəcək və hazırda üzərində çalışdıqları layihələr barədə məlumat verəcəklər. Üçüncü “FinTech Talks” sessiyasında bank və İT sektorlarının nümayəndələri yaxın gələcəkdə tətbiqi zəruri olan texnologiyaları müzakirə etmək üçün bir araya gələcəklər. Builki sərginin yeniliyi sərgi salonunda yerləşən, biznes və gündəlik həyat üçün şirkətlərə təqdimat formasında innovativ həll variantlarını elan etmək imkanı verən “İnnovasiyalar zonası” adlı interaktiv platforma olacaq.
Sərgidəki ab-hava parlaq yubiley tədbirləri ilə daha da dolğun olacaq. Həmçinin burada ziyarətçilərə “VR” və “AR” texnologiyalarına əsaslanan məhsulların, yeni robot texnikaları və digər məhsulların təqdim ediləcəyi ayrıca “Oyun zonası” yerləşəcək. Sərginin sponsorlarından biri qismində İsveçrənin “Mitto” şirkəti çıxış edir. Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və fəal iştirakı ilə keçiriləcək.
Sərgilər ilə əlaqədar olan tədbirlərə hələ sərgilər başlamazdan əvvəl start veriləcək. Eksponentlər təşkilatçılar tərəfindən iştirakçıların sərginin bütün resurslarından səmərəli şəkildə istifadəsinə və nəticədə də sərgidən daha çox fayda əldə etməsinə kömək etmək məqsədi ilə keçirilən işgüzar səhər yeməyində bir araya gələcəklər. Hər sərgi çərçivəsində yerli və xarici sahibkarların iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər, müzakirələr və müsabiqələr təşkil ediləcək.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir