logo

Kikboksçularımız dünya çempionatında 9 medal qazanıblar

21:51 26-10-2019 | icon 3129
Kikboksçularımız dünya çempionatında 9 medal qazanıblar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında Azərbaycan komandası 9 medal qazanıb.

 YeniAvropa  xəbər verir ki, kikboksçularımızdan Eduard Məmmədov və Ramal Aslanov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Məhəmməd İmanov, Telman Məhərrəmov yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Həşimi üçüncü pillədə qərarlaşıblar.