Çin istehsalı olan ARJ21 mülki təyyarəsi oktyabrın 26-da Vladivostokda yerə enərək birbaşa beynəlxalq marşrut üzrə ilk reysini həyata keçirib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, avialayner yerli vaxtla saat 16:05-də Harbin şəhərindəki Taypin aeroportundan havaya qalxıb və saat 17:06-da təyinat nöqtəsinə çatıb.
Qeyd edək ki, Çinin kommersiya aviasiya korporasiyası tərəfindən hazırlanan təyyarə modifikasiyasından asılı olaraq 78-90 sərnişin daşımaq üçün nəzərdə tutulub. Laynerin uçuş uzaqlığı 2,2-3,7 min kilometr təşkil edir. 2016-cı ilin iyunundan kommersiya uçuşları həyata keçirən ARJ21 təyyarəsinin kütləvi istehsalı 2017-ci ilin sentyabr ayında başlayıb.