logo

Müxalifət yenidən Bakının mərkəzində mitinqə hazırlaşır

11:50 26-10-2019 | icon 2513
Müxalifət yenidən Bakının mərkəzində mitinqə hazırlaşır

Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli  internet TV-yə müsahibəsində Bakıda növbəti mitinqin noyabrın 2-si saat 15:00-a təyin edildiyini bildirib.

YeniAvropa xəbər verir  ki, o, Bakı şəhər İcra Hakimiyyətinə metronun “28 May” stansiyası yaxınlığındakı meydanı və "Məhsul" stadionunu təklif etdiklərini deyib. İmtina olunacağı təqdirdə şəhərin mərkəzində icazəsiz aksiya keçirəcəkləri ilə hədələyib.

Xatırladaq ki, bundan əvvəl Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası(AXCP) oktyabrın 19-da  metronun “28 May”stansiyası yaxınlığında icazəsiz aksiya keçiriblər. Polis qüvvələri icazəsiz aksiyanın qarşısını sərt şəkildə alıblar, 60 nəfər saxlanılaraq inzibati qaydada cəzalandırılıb. AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqublu saxlanılıblar. Əli Kərimli buraxılsa da, Tofiq Yaqublu hələ də həbsdədir.