logo

İlham Əliyev Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb

21:55 25-10-2019 | icon 2191
İlham Əliyev Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb

Prezident İlham Əliyev oktyabrın 25-də Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro ilə görüşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Görüşdə prezident Nikolas Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil oldunduğunu qeyd edib və prezident İlham Əliyevə bu Zirvə Görüşünə sədrliyinə görə minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Bandunq Prinsiplərinin dövlətlərarası münasibətlərdə mühüm rolu xüsusi qeyd olunub və bu prinsiplər əsasında Qoşulmama Hərəkatının beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyi vurğulanıb. Bandunq Prinsipləri, xüsusilə dövlətlərin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və onların daxili işlərinə qarışılmamasının beynəlxalq münasibətlərin təməl prinsipləri olmasının vacibliyi bildirilib.

Söhbət zamanı, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlər arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və əməkdaşlığın gücləndirilməsinin önəmi bildirilib.