logo

Bakıda Avstriyanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

21:51 24-10-2019 | icon 2275
Bakıda Avstriyanın milli bayramı münasibətilə rəsmi qəbul təşkil olunub

Oktyabrın 24-də Bakıda "Landmark" mehmanxanasında Avstriyanın milli bayramı – Milli Gün münasibətilə rəsmi qəbul təşkil edib.

 YeniAvropa xəbər verir  ki, Avstriyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər. Ziyafət Azərbaycanın və Avstriyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Səfir Bernd Aleksandr Bayerl qəbulda çıxış edərək Avstriya Milli Gününün tarixi, ölkəsinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. O, Azərbaycan ilə Avstriya arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini deyən diplomat bir çox sahələrdə əlaqələrin daha da genişləndirilməsinin önəmini diqqətə çatdırıb. Səfir ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəsmi qəbulda çıxış edərək əlamətdar bayram münasibətilə Azərbaycan Respublikası Hökuməti adından Avstriya xalqını təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb. O deyib ki, dövlətlərimiz arasında əlaqələrin yüksək dinamikası var və bu münasibətlər inkişaf edir. Bu gün bu əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda Avstriya və Azərbaycan etibarlı tərəfdaşdırlar. İndiyədək ölkələrimiz arasında 40-dan çox sənəd imzalanıb. İqtisadi əməkdaşlıq sahəsində əhəmiyyətli uğurlar var. Bir çox sahələrdə əlaqələri inkişaf etdirmək üçün geniş potensial mövcuddur.