Soçidə Rusiya-Afrika sammiti keçirilib
Soçidə keçirilən Rusiya-Afrika sammiti öz işinə yekun vurub. YeniAvropa "TASS" agentliyinə istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Afrika İttifaqının sədrliyini həyata keçirən Misir prezidenti Əbdülfəttah əs-Sisinin sədrlik etdikləri sammitdə Afrika qitəsindən 30 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.
Sammitin yekunu ilə bağlı Rusiya Federasiyası və Afrika İttifaqı arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın əsaslarına dair Memorandum və birgə Bəyannamə imzalanıb.
Rusiya prezidenti yekun iclasında qeyd edib ki, onun ölkəsi Afrika ilə əlaqələrin inkişafını xarici siyasətin prioritet məsələlərindən biri hesab edir. O, sammitin üç ildə bir keçirilməsini təklif edib. Rusiyanın dövlət başçısı vurğulayıb ki, Moskva terrorizmlə mübarizə, lokal münaqişələrin aradan qaldırılması üzrə, habelə hərbi-texniki sahədə Afrika ölkələri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. O əlavə edib ki, 2018-ci ildə Rusiyanın bu ölkələrlə əmtəə dövriyyəsi 20 milyard dollardan çox olub.
“Sülh, təhlükəsizlik və rifah” şüarı ilə keçirilən sammitin əhəmiyyətindən bəhs edən Misir prezidenti Əbdülfəttah əs-Sisi qeyd edib ki, Afrika ölkələri Rusiya ilə iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirlər. O, Qahirədə fəaliyyət göstərən Afrikanın Bərpası və İqtisadi İnkişafı Mərkəzinin Moskva ilə əlaqələrin möhkəmləndirilməsində maraqlı olduğunu vurğulayıb. Prezident əs-Sisi cari il dekabrın 11-12-də Asuanda keçiriləcək Sülh və Dayanıqlı İnkişaf Forumunun da əhəmiyyətindən bəhs edib.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir