logo

Orxan Səfərov “Böyük dəbilqə” turnirində gümüş medal qazandı

18:15 24-10-2019 | icon 3038
Orxan Səfərov “Böyük dəbilqə” turnirində gümüş medal qazandı

Azərbaycan cüdoçusu Orxan Səfərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirində gümüş medal qazanıb.

 YeniAvropa xəbər verir  ki,  turnirdə 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz həlledici görüşdə italiyalı Manuel Lombardoya məğlub olaraq gümüş medalla kifayətlənib.

Xatırladaq ki, yüzədək ölkədən 500-dən çox cüdoçunun mübarizə apardığı turnirə Azərbaycan 15 idmançı ilə qatılıb.

“Böyük dəbilqə” turnirinə oktyabrın 26-da yekun vurulacaq.