logo

İlham Əliyev Dilarə Seyidzadəni “Şərəf” ordeni ilə təltif edib

15:55 24-10-2019 | icon 2107
İlham Əliyev Dilarə Seyidzadəni “Şərəf” ordeni ilə təltif edib

Prezident İlham Əliyev oktyabrın 24-də Dilarə Seyidzadənin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin".

Xatırladaq ki, Seyidzadə Dilarə Bağır qızı 1939-cu ildə  Bakı şəhərində anadan olub. 1999-cu ildən indiyədək Azərbaycan prezidenti Katibliyinin rəisi vəzifəsində çalışır,  1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktorudur.

Sabah Dilarə Seyidzadənin 80 yaşı tamam olur.