Prezident İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovun Azərbaycan Respublikasının iqtisadiyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Mikayıl Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. Evlidir, 2 övladı var.
Xatırladaq ki, Mikayıl Cabbarov 6 mart 2009 cu ildən 19 aprel 2013-cü ilədək İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi, 19 aprel 2013 cü ildən 5 dekabr 2017 ci ilədək təhsil naziri , 5 dekabr 2017 ci ildən bu günədək isə vergilər naziri vəzifəsində çalışıb.