logo

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının görüşü keçirilir

11:04 23-10-2019 | icon 2149
Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin XİN başçılarının görüşü keçirilir
 

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin (XİN) görüşü keçirilir.

 YeniAvropa xəbər verir  ki, XİN rəhbərlərinin görüşü Qoşulmama Hərəkatına üzv ölkə rəhbərlərinin XVIII Sammiti ərəfəsində 2 gün  davam edəcək.

21-22 oktyabr tarixlərində isə iştirakçı ölkələrin məsul şəxslərinin hazırlıq görüşü keçirilib.

Görüşdə təşkilata sədrlik Venesuelanın xarici işlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, Azərbaycan təşkilata sədrliyi dövründə təşkilatın inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.