logo

İran xarici işlər naziri Məhəmməd Zərif Azərbaycana gəlib

23:39 22-10-2019 | icon 2177
İran xarici işlər naziri Məhəmməd Zərif Azərbaycana gəlib

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif  bu axşam Azərbaycana səfər gəlib.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, səfərdə məqsəd 25-26 oktyabrda Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə iştirak etməkdir. 

Belə ki, Zirvə görüşündən bir gün əvvəl Bakıda təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Toplantıda Zirvə görüşündə müzakirə ediləcək məsələlər nəzərdən keçiriləcək.

Xatırladaq ki, bir qədər əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi keçirdiyi mətbuat konfransında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə iştirak etmək üçün  İran İslam Respublikasının prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəyini bəyan edib.