logo

"Qarabağ" - APOEL matçına 25 min bilet satılıb

22:54 22-10-2019 | icon 2821
"Qarabağ" - APOEL matçına 25 min bilet satılıb

“Qarabağ” - APOEL oyunu üçün  artıq 25 min bilet satılıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirilib. Məlumatda qeyd edilib ki, qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 70 AZN-dir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Xatırladaq ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.