logo

İŞİD silahlıları İraqda iki polis generalını öldürdü

21:17 22-10-2019 | icon 2555
İŞİD silahlıları İraqda iki polis generalını öldürdü

Bu gün Bağdaddan şimalda İŞİD silahlılarının hücumu nəticəsində İraq federal polisinin iki generalı həlak olub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə "Shafaq News" portalı ölkənin güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb. Mənbələrin məlumatlarına əsasən, terrorçuların qurduğu pusquda Federal polisin 4-cü briqadasının komandanı general Əli əl-Lyami öldürülüb. Onunla birlikdə güc strukturunun daha 6 əməkdaşı – döyüş əməliyyatlarına cavabdeh briqada generalı Məhəmməd Alaui və 5 mühafizəçi də həyatını itirib.

İraq DİN-in başçısı Yasin əl-Yasiri komandanın ölüm faktını təsdiqləyib.

Generalların hərəkət etdiyi avtomobil karvanının yolu üzərində partlayıcı qurğunun işə düşdüyü və bundan sonra İŞİD qruplaşmasının hücuma keçdiyi bildirilir.