logo

Kim Çen Inın müavini Bakıya gəlir

20:55 22-10-2019 | icon 2044
Kim Çen Inın müavini Bakıya gəlir
Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə görüşündə iştirak etmək üçün Şimali Koreya Dövlət Şurasının sədr müavini (sədr Kim Çen Indır), Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Çoe Ryonq Haenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gələcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, nümayəndə heyəti artıq Pxenyandan yola düşüb.

Xatırladaq ki,  Qoşulmama Hərəkatının XVIII sammiti oktyabrın 25-26-da Bakıda keçiriləcək. Sammit zamanı təşkilata sədrlik Venesueladan Azərbaycana keçəcək.