logo

İlham Əliyev Lənkəranda dam örtüklərinin dəyişdirilməsinə 2,3 milyon manat ayırdı

18:51 22-10-2019 | icon 2275
İlham Əliyev Lənkəranda dam örtüklərinin dəyişdirilməsinə 2,3 milyon manat ayırdı

Prezident İlham Əliyev Lənkəran rayonunda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncama əsasən Lənkəran rayonunda 90 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.