logo

Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir

16:30 22-10-2019 | icon 2464
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir

Soçidə Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Rusiya prezidentinin “Boçarov ruçey” iqamətgahında baş tutan danışıqlarda  dövlət başçılarının Suriya münaqişəsinin həlli prosesini müzakirə edəcəkləri gözlənilir.

Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, prezidentlər bu il ərzində 8-ci şəxsi görüşləri çərçivəsində Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar kontekstində bu ölkədə vəziyyəti müzakirə edəcəklər.