logo

Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

16:10 22-10-2019 | icon 2205
Azərbaycan prezidenti rusiyalı həmkarına başsağlığı verib

Prezidenti İlham Əliyev oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir: 

"Hörmətli Vladimir Vladimiroviç. 

Krasnoyarsk diyarında insan tələfatı ilə nəticələnmiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm."