logo

Qoşulmama Hərəkatının Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək

15:15 22-10-2019 | icon 2142
Qoşulmama Hərəkatının Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda keçiriləcək Zirvə Görüşündə dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir.

Nazir müavini bildirib ki, Zirvə Görüşündə 4 yekun sənədin qəbulu da gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibliyi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.