logo

60-dək ölkənin dövlət və hökumət başçıları Bakıya gəlir

13:52 22-10-2019 | icon 2198
60-dək ölkənin dövlət və hökumət başçıları Bakıya gəlir

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin, beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O, həmçinin qeyd edib ki, tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin xarici işlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.