logo

ATƏT qoşunlarının təmas xəttində keçirdiyi monitorinqi insidentsiz başa çatıb

13:17 22-10-2019 | icon 2163
ATƏT qoşunlarının təmas xəttində keçirdiyi monitorinqi insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 22-də Xocavənd rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirdiyi növbəti monitorinq insidentsiz başa çatıb.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki,  monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət edilən Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.