logo

Ərdoğan səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

11:58 22-10-2019 | icon 2471
Ərdoğan səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

"YeniAvropa" xəbər verir ki, bu barədə “Resmi gazete” nəşri məlumat yayıb. Xəbərdə qeyd edilib ki, bu addım Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ilə əlaqədardır. Belə ki, Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə bu gün həmin ölkəyə işgüzar səfərə gedir. 

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə 7-8 oktyabr tarixlərində Serbiyaya səfər edərkən səlahiyyətlərini təhvil verib.