logo

Bəzi bölgələrdə bu gün qaz olmayacaq

10:55 22-10-2019 | icon 2436
Bəzi bölgələrdə bu gün qaz olmayacaq

Paytaxtın Xocasən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır. Bununla əlaqədar olaraq oktyabrın 22-də saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrində qaz təminatında fasilələr müşahidə olunacaq.

YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda daha sonra qeyd edilib ki, bu gün həmçinin, Şəmkir rayonunda səhər saatlarında qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.

Bundan əlavə, oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü kilometrində yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə başlayıb.Odur ki, Bərdə və Tərtər rayonlarında da  bir qrup abonent bu gün təbii qazı fasilələrlə alacaq.