logo

Prezident Qüdrət Qurbanova “Şöhrət” ordeni verdi

18:48 21-10-2019 | icon 2107
Prezident Qüdrət Qurbanova “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev oktyabrın 21-də Qüdrət Qurbanovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamla Azərbaycan Respublikasında dəniz nəqliyyatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qüdrət Qəmbər oğlu Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, oktyabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun 60 yaşı tamam olub.