logo

İlham Əliyev Sumqayıtda yol tikintisinə 3,5 milyon manat ayırıb

17:16 21-10-2019 | icon 2009
İlham Əliyev Sumqayıtda yol tikintisinə 3,5 milyon manat ayırıb

Prezident İlham Əliyev oktyabrın 21-də Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamla  Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.