logo

HP şirkəti də Azərbaycandan gedir

15:51 21-10-2019 | icon 2884
HP şirkəti də Azərbaycandan gedir

"Hewlett Packard International Trade Bi.Vi.". şirkəti Azərbaycandakı fəaliyyətini dayandırlr.

YeniAvropa xəbər verir  ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb.Məlumatda bildirilir ki, şirkət ölkədəki fəaliyyətini dayandırdığını elan edib. Kreditorlar iki ay ərzində AZ1005 Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 69, İSR PLAZA, 16-cı mərtəbə ünvanında yerləşən öfisə öz tələblərini bildirə bilərlər.

Qeyd edək ki, ABŞ şirkətinin filialı Bakıda 2004-cü ilin iyun ayından fəaliyyət göstərir. Şirkət informasiya texnologiyaları sahəsində məhsul və xidmətlər təklif edir. Bir sıra yerli şirkət onun rəsmi nümayəndəsi və distribyutorudur.