logo

İran prezidenti Bakıya gəlir

13:49 21-10-2019 | icon 2135
İran prezidenti Bakıya gəlir

İran İslam Respublikasının prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfər edəcəklər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, İran prezidenti və xarici işlər naziri dost ölkədə rəsmilərlə görüşəcək və Qoşulmama Hərəkatının iclasında iştirak edəcəklər.

Xatırladaq ki,  25-26 oktyabrda  Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək.