logo

“Beşiktaş” klubuna yeni prezident seçilib

14:58 21-10-2019 | icon 2618
“Beşiktaş” klubuna yeni prezident seçilib

İstanbulun “Beşiktaş” futbol klubunun yeni prezidenti müəyyənləşib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İstanbul klubuna yeni prezident Əhməd Nur Çebi seçilib. O, prezident seçkisində səsvermədə digər namizədlər Serdal Adalı və Hürser Tekinoktayı geridə qoyub. Çebi 5009, Adalı 2983, Tekinoktay isə cəmi 537 səs toplaya bilib.

Beləliklə, Əhməd Nur Çebi “Beşiktaş” tarixinin 34-cü prezidenti olub. O, qarşıdakı 2,5 il ərzində klubun rəhbəri olacaq.

Qeyd edək ki, klubun bundan əvvəlki prezidenti Fikrət Orman idi. F.Orman 2012-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edib.