logo

“Mercedes” yolu keçən piyadanı vurub öldürdü

12:30 21-10-2019 | icon 2310
“Mercedes” yolu keçən piyadanı vurub öldürdü

Abşeron rayonunda “Mercedes” markalı avtomobillə vurulan piyada ölüb.

YeniAvropa xəbər verir  ki, ötən axşam Xırdalan-Binəqədi yolunda taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub. Yaralı təcili yardım xidmətinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq F.Həmidovun həyatını xilas etmək mümkün olmayıb.

Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.