logo

Oqtay Əsədov Yaponiyaya səfərə gedib

11:48 21-10-2019 | icon 2170
Oqtay Əsədov Yaponiyaya səfərə gedib

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Yaponiya imperatoru Naruhitonun taxta çıxma mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

YeniAvropa xəbər verir  ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə 174 ölkəni təmsil edəcək iki mindən çox nümayəndənin iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, Yaponiyanın indiki imperatoru Naruhito cari il mayın 1-də taxta çıxıb. Həmin vaxt ona hakimiyyətin rəmzi hesab edilən əsas dövlət və İmperatorun şəxsi möhürləri, həmçinin müqəddəs reqaliyalar təqdim edilib. İmperatorun taxta çıxması üzrə komissiyanın qərarına əsasən, mərasimin əsas hissəsinin oktyabrın 22-də keçirilməsi qərara alınmışdı.