logo

Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

10:31 21-10-2019 | icon 2065
Azərbaycanın Müdafiə naziri Çində bir sıra görüşlər keçirib

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, səfər çərçivəsində müdafiə naziri, həmçinin Çinin müdafiə sənayesi kompleksinə daxil olan “Poly Technologies” və “CETC International” şirkətlərinin nümayəndələri ilə də görüşüb.

Görüşlərdə Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.