logo

Yaponiyaya daha iki tufan yaxınlaşır

10:15 21-10-2019 | icon 2492
Yaponiyaya daha iki tufan yaxınlaşır

“Hagibis” tufanından sonra baş vermiş daşqınların və torpaq sürüşmələrinin yaratdığı dağıntılardan tam özünə gəlməyən Yaponiyaya doğru daha iki tufan hərəkət edir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə oktyabrın 20-də Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Cari fəsildə sayca iyirminci olan “Neoquri” adlı tufanın oktyabrın 22-də səhər saatlarında Tokionun cənub-qərbinə yaxınlaşacağı proqnozlaşdırılır. Bildirilir ki, tufanın mərkəzində küləyin sürəti saniyədə 45 metrə çatır.

“Bualoy” adlanan tufanın da Yaponiyanın şərq sahillərinə cənub istiqamətindən yaxınlaşdığı və oktyabrın 26-da həmin əraziyə çatacağı gözlənilir. Sayca iyirmi birinci olacaq bu tufanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə çatır.

Xatırladaq ki, oktyabrın 12-də Yaponiyanın mərkəzi rayonlarına çatan çox güclü “Hagibis” tufanı böyük dağıntılara səbəb olub. Təbii fəlakət nəticəsində 79 nəfər həlak olub, 10 nəfərin isə itkin düşüb. Bir çox rayonlarda təxliyə edilənlər hələ də evlərinə dönə bilmirlər. Tufan nəticəsində daha 400 nəfər müxtəlif dərəcəli xəsarət alıb.