logo

Strasburqda Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək

09:19 21-10-2019 | icon 2317
Strasburqda Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək

Oktyabrın 24 -25- də Strasburqda Avropa Şurasının 47 üzv dövlətinin, eləcə də tərəfdaş, müşahidəçi qismində iştirak edən dövlətlərin parlament sədrlərinin sammiti keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) tərəfindən təşkil olunan sammitdə Azərbaycanı Milli Məclisinin sədri Oktay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Sammitdə 60-dək ölkənin parlament sədrinin və 300 nümayəndənin iştirakı gözlənilir. İki gün ərzində parlamentlərin sədrləri “Ümumi Avropa evimiz: qarşıdakı 70 il”, “BMT-nin Proqramının -2030 və onun davamlı inkişaf məqsədləri: parlamentlərin töhfələri”, “Qadınlar siyasətdə və ictimai nitqlərdə: siyasətçi və deputat qadınlara qarşı təzyiq və nifrət çıxışlarının artmasına qarşı mübarizədə milli parlamentlər hansı rolu oynaya bilər?” mövzularına dair çıxışlar olacaq və onların ətrafında müzakirələr aparılacaq.

AŞ PA-nın sədri Lilian Mori Paskye və Avropa Şurası baş katibi Mariya Pesçinoviç Buriç sammitin ilk günündə parlament sədrləri qarşısında çıxış edəcək.

Qeyd edək ki, parlament sədrlərinin ilk konfransı 1975-ci ildə toplaşıb. Həmin vaxtdan hər iki ildən bir parlament sədrlərinin sammiti Strasburqda və ya Avropa Şurası üzv dövlətlərdən birinin paytaxtında keçirilir.