logo

Gədəbəydə 21 yaşlı hamilə qadın intihara cəhd etdi

16:35 20-10-2019 | icon 27265
Gədəbəydə 21 yaşlı hamilə qadın intihara cəhd etdi

Gədəbəy rayonunda hamilə qadın intihar etmək istəyib.

YeniAvropa xəbər verir  ki, hadisə Gədəbəy rayonu Qaravəlilər kəndində qeydə alınıb. 1998-ci il təvəllüdlü kənd sakini Paşayeva Həmidə İlham qızı sirkə içərək intihara cəhd edib.

21 yaşlı H.Paşayeva ailə üzvlərinin köməkliyi ilə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Qadının hansı səbəbdən sirkə içməsi məlum deyil.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.