logo

Hərbi sahədə Azərbaycan-Pakistan əməkdaşlığı müzakirə edilib

15:59 20-10-2019 | icon 2317
Hərbi sahədə Azərbaycan-Pakistan əməkdaşlığı müzakirə edilib

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.QÜeyd edilib ki, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında danışılıb. Söhbət zamanı bu sahədə təcrübə mübadiləsinin aparılması, birgə təlimlərin, qarşılıqlı səfərlərin təşkilinin davamlı olması haqqında fikir mübadiləsi də aparılıb.

Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin nümunəvi xarakter aldığını, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanı daim dəstəklədiyini bildirib.