Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür.
YeniAvropa xəbər verir ki, energetiklər günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 38 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilib.Bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub.
Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilib.