logo

Azərbaycanın turizm potensialı Polşada müzakirə ediləcək

13:39 20-10-2019 | icon 4207
Azərbaycanın turizm potensialı Polşada müzakirə ediləcək

Noyabrın 19-da Polşanın paytaxtı Varşavada yerli turizm agentlikləri üçün “Polşa və Azərbaycan arasında turizmin inkişafı” mövzusunda seminar keçiriləcək.

YeniAvropa xəbər verir  ki, Polşanın İnvestisiyalar və Ticarət üzrə Agentliyi tərəfindən təşkil olunacaq seminarın əsas məqsədi iki ölkə arasında turizm sahəsində əməkdaşlığı genişləndirməkdir. Tədbir zamanı iştirakçılar Azərbaycanın turizm potensialı, həmçinin mədəniyyəti, təbiəti, mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Seminarın sonunda iştirakçılardan bir neçəsi Azərbaycana səyahət paketi qazana biləcək.