logo

Kərbəla şəhərini 18 milyon insan ziyarət edib

11:47 20-10-2019 | icon 2380
Kərbəla şəhərini 18 milyon insan ziyarət edib

Bu il Həzrəti İmam Hüseynin vəfatının ildönümü münasibətilə onun Kərbəla şəhərindəki məzarını 18 milyon insan ziyarət edib.

YeniAvropa xəbər verir  ki, bu barədə İranın təhlükəsizlik naziri Mahmud Ələvi KİV-ə müsahibəsində deyib. Onun sözlərinə görə, ziyarətin sabit keçməsi və ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə 20 min əsgər və polis ayrılıb. Azərbaycan, İran, Rusiya, Türkiyə, Pakistan, Əfqanıstan və ərəb ölkələrindən İraqa ziyarətə gələnlər üçün xüsusi təyyarə və avtobus reysləri ayrılıb.

Mahmud Ələvi deyib ki, rəsmi Tehran ziyarət mərasiminin yaxşı keçməsi üçün ciddi hazırlıq işləri görüb. Onun sözlərinə görə, İranın xüsusi xidmət orqanları ziyarətçilərə qarşı terror aksiyası törətmək istəyən 2 qrupu zərərsizləşdirib. Nazir qeyd edib ki, ziyarət mərasimi başa çatana kimi xüsusi xidmət orqanları Kərbəla şəhərində ziyarətçilərin təhlükəsizliyini təmin edəcəklər.

M.Ələvi İraq polisinə də göstərdiyi yardıma görə təşəkkür edib.