logo

Kuba prezidenti Azərbaycana gəlir

21:57 19-10-2019 | icon 2037
Kuba prezidenti Azərbaycana gəlir

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə Kubanın "Radio Habana Cuba" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Kuba prezidenti oktyabrın 25-dən 26-dək Bakıda keçiriləcək  Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. 

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu  bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.