logo

UEFA “Neftçi”ni 40 min avro cərimələdi

19:39 19-10-2019 | icon 2737
UEFA “Neftçi”ni 40 min avro cərimələdi

UEFA “Neftçi”ni cərimələyib.

YeniAvropa xəbər verir  ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Bildirilir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro məbləğində cərimələyib.

Qeyd edək ki, avqustun 15-i səfərdəki cavab matçında 1:2 hesabı ilə məğlub olan “Neftçi” Avropa Liqasında mübarizəni dayandırıb.

Onu da qeyd edək ki, "Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə bağlı UEFA-dan 780 min avro mükafat almışdı.