logo

Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Əli Kərimli saxlanıldı

16:20 19-10-2019 | icon 2030
Bakının mərkəzində icazəsiz mitinq cəhdi: Əli Kərimli saxlanıldı

Oktyabrın 19-u saat 15:00-dan başlayaraq  Demokratik Qüvvələrin Milli Şurası  bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın mərkəzində mitinq keçirməyə icazə verməməsi səbəbindən polis qüvvələri tərəfindən aksiya iştirakçılarının qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları, o cümlədən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri  Əli Kərimli saxlanılıb.