BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande oktyabrın 22-də Azərbaycana səfər edəcək.
YeniAvropa xəbər verir ki, səfərdə məqsəd Bakıda keçiriləcək Qoşulmama Hərəkatı təşkilatının dövlət və hökumət başçılarının sammitində iştirak etməkdir.
Nigeriyadan olan diplomat T.Məhəmməd-Bande sammit çərçivəsində keçiriləcək birinci gənclər sammitində iştirak edən 40-dan çox ölkənin gəncləri ilə görüşəcək.
Bundan əlavə, səfər çərçivəsində Baş Assambleya prezidenti Azərbaycan hökumətinin yüksəkvəzifəli nümayəndələri ilə görüşəcək, oktyabrın 24-də BMT Günü münasibətilə ADA akademiyasında məruzə ilə çıxış edəcək və BMT layihələrinin reallaşdırılması ilə tanış olacaq.
Səfər oktyabrın 26-da başa çatacaq.