logo

Ərdoğan: "Terrorçular 120 saat ərzində təhlükəsiz bölgəni tərk etməlidirlər"

17:31 18-10-2019 | icon 2632
Ərdoğan: "Terrorçular 120 saat ərzində təhlükəsiz bölgəni tərk etməlidirlər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Fərat çayının şərqində həyata keçirilən “Sülh çeşməsi” antiterror əməliyyatının 120 saatlıq dayandırılması barədə açıqlama verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, dövlət başçısı açıqlamasında Türkiyə ilə ABŞ arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı əldə olunan razılaşmanı qiymətləndirib. Bildirilib ki, hazırda davam edən 120 saat ərzində məlum terror təşkilatı təhlükəsiz bölgə olaraq təyin edilən ərazini tərk etməlidir.

Əldə olunan razılaşmanın bir xüsusiyyətinin də Türkiyənin bölgədə yerləşən təhlükəsizlik qüvvələrinin oranı tərk etməməsi olduğunu deyən Ərdoğan daha sonra əlavə edib ki, bu müddət ərzində heyətlər arasında danışıqlar davam etdiriləcək.