logo

Düşənbədə MDB çərçivəsində gömrük əməkdaşlığı müzakirə olunub

13:10 18-10-2019 | icon 2632
Düşənbədə MDB çərçivəsində gömrük əməkdaşlığı müzakirə olunub

Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) Gömrük Xidməti Rəhbərləri Şurası hüquq-mühafizə bölmələri başçıları Komitəsinin 20-ci yığıncağı çərçivəsində gömrük yoxlamaları və istintaqı məsələləri üzrə işçi qrupun 17-ci iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, bu tədbirlə bərabər iqtisadi sahədə gömrük cinayətləri və gömrük sahəsində qanun pozuntuları ilə mübarizə üzrə işçi qrupunun yığıncağı və MDB Gömrük xidməti hüquq mühafizə bölmələri ekspertlərinin iclası da keçirilib.

Yığıncaqlarda Tacikistandan başqa, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Özbəkistanın gömrük qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirlərdə gömrük tranziti zamanı malların çatışmazlığı faktları üzrə qanun pozuntuları, gömrük tranzitində belə hallar zamanı cinayət və inzibati məsuliyyətə cəlb edilmə qaydaları, gömrükdən qanunsuz yollarla oğurluq nəqliyyat vasitələrinin keçirilməsi faktları üzrə cinayət işlərinin açılması, gömrük orqanlarında cinayət və inzibati işləri aparan əməkdaşların inzibati proqram vasitələrindən istifadə etməsi, hüquqi yardım sahəsində beynəlxalq sorğuların gömrük orqanları tərəfindən vaxtında yerinə yetirilməsinin keyfiyət monitorinqi məsələləri müzakirə olunub.

Tərəflər gömrük işi sahəsində qanun pozuntularının və cinayətlərin vaxtında üzə çıxarılması və qarşısının alınması zamanı inzibati qanun pozuntuları haqqında istintaqın xüsusiyyətləri, MDB dövlətlərinin inzibati, cinayət və cinayət-prosessual qanunvericiliyində baş verən dəyişikliklər haqqında da fikir mübadiləsi aparıblar.