logo

Sabah Bakıda 25° isti olacaq, bəzi bölgələrdə isə yağış yağacaq

12:30 18-10-2019 | icon 2247
Sabah Bakıda 25° isti olacaq, bəzi bölgələrdə isə yağış yağacaq

Ölkə ərazisində oktyabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər zəif duman olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18°, gündüz 22-25° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 764 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 23-28 ° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 19-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.