logo

İmamoğlu Azərbaycan xalqını təbrik etdi

12:13 18-10-2019 | icon 2303
İmamoğlu Azərbaycan xalqını təbrik etdi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

YeniAvropa xəbər verir  ki, bu barədə  Ə.İmamoğlu özünün “Twitter” hesabında paylaşım edib.

“Azərbaycanın Müstəqillik Gününü ürəkdən təbrik edirəm. Dost və qardaş xalqımıza neçə-neçə müstəqil və azad illər diləyirəm”,-deyə İstanbul bələdiyyəsinin sədri vurğulayıb. 

Qeyd edək ki, 18 oktyabr Azərbaycanda Dövlət Müstəqillik Günü kimi qeyd edilir.