logo

Malayziyanın baş naziri gələn həftə Azərbaycana səfər edəcək

11:47 18-10-2019 | icon 2310
Malayziyanın baş naziri gələn həftə Azərbaycana səfər edəcək

Malayziyanın baş naziri Mahathir Bin Mohamad gələn həftə Azərbaycana səfər edəcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Mahathir Bin Mohamad oktyabrın 25-26-da Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII zirvə toplantısında iştirak edəcək. Səfər zamanı baş naziri Malayziyanın  xarici işlər naziri Sayfuddin Abdulla müşayət edəcək. O, oktyabrın 23-24-də Bakıda keçiriləcək təşkilatın xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.