logo

Paytaxtın bir sıra məntəqələrində bu gün qaz olmayacaq

11:29 18-10-2019 | icon 2303
Paytaxtın bir sıra məntəqələrində bu gün qaz olmayacaq

Oktyabrın 18-də saat 10:00-dan işlər başa çatanadək aşkarlanan qaz sızmalarının ləğvi icra olunarkən Nərimanov rayonu, "Çermet" qəsəbəsi, Z.Bünyadov, Azadlıq, Atatürk prospektlərində, Ə.Qayıbov, M.Əlizadə, X.Şuşinski, S.Rəhman, M.Sənani və akademik Həsən Əliyev küçələrində qaz təminatında fasilələr yaranacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bu gün həmçinin, saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci kilometrində Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yolayrıcının cənub qərb hissəsindəki yanacaqdoldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək. Bu müddət ərzində Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu, “Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.